Yuxarı

Vergilər naziri İsrailin müdafiə naziri ilə görüşüb

Vergilər naziri İsrailin müdafiə naziri ilə görüşüb
Dinlə

843

© Report/ Firi Salim — Mikayıl Cabbarov

Bakı. 17 sentyabr. REPORT.AZ/ Vergilər naziri, Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov Bakıda səfərdə olan İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə iki ölkə arasındakı yüksəksəviyyəli münasibətlərdən məmnunluq ifadə edilib, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycan ilə İsrail arasında iqtisadi və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə edilib. Tərəflər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsinin mühümlüyünü vurğulayıb, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində fəaliyyətlərin davam etdiril­məsinin vacibliyini qeyd ediblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi