"Unibank" maliyyə vəziyyətini açıqlayıb

"Unibank" maliyyə vəziyyətini açıqlayıb Bakı. 31 yanvar. REPORT.AZ/ “Unibank” ASC-nin aktivləri illik müqayisədə 15,3% artaraq 2019-cu il yanvarın 1-nə 693 877 min manat təşkil edib.
Maliyyə
31 Yanvar , 2019 17:14
Unibank maliyyə vəziyyətini açıqlayıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Unibank” ASC-nin aktivləri illik müqayisədə 15,3% artaraq 2019-cu il yanvarın 1-nə 693 877 min manat təşkil edib.

“Report” bu barədə bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində müştərilərə verilən kreditlərin həcmi ( kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat çıxılmaqla) illik 38,4% artaraq bu il yanvarın 1-nə 387 653 min manata çatıb. Cəmi öhdəliklər illik 18,6% artaraq 638 642 min manat, o cümlədən depozit portfeli (banklar və digər maliyyə institutları istisna olmaqla) 31,3% artaraq 467 251 min manat olub. 2018-ci ilin sonuna bankın nizamnamə kapitalı 125 686 min manat, cəmi kapitalı 55 236 min manat təşkil edib.

Bank 2018-ci il ərzində 30 300 min manat xalis mənfəət əldə edib ki, bu da 2017-ci illə müqayisədə 7,5 dəfə artım deməkdir. 2018-ci ildə bankın faiz gəlirləri 67 684 min manat, faiz xərcləri 23 198 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi