Yuxarı

"Unibank" yeni istiqraz emissiyasına hazırlaşır

Emissiyanın ümumi həcmi 20 mln. manat təşkil edir

Bakı. 18 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Unibank" ASC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

“Report”un verdiyi xəbərə görə, emissiyanın həcmi hər bir istiqrazın nominal dəyəri 1 000 manat olmaqla cəmi 20 mln. manat təşkil edir. İstiqrazların gəlirliyi illik 9,75%, faiz ödənişi dövrü 90 gündən bir, istiqrazların tədavül müddəti isə 720 gündür.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjasında həyata keçiriləcək.

Qeyd edək ki, anderrayter qismində “Unicapital” ASC çıxış edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi