Yuxarı
    Bağlamaq

    ​"Unibank"ın icraçı direktoru "Bank Standard"ın rəhbərliyinə gətirilir

    “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasitəsilə sağlamlaşdırılacaq

    Bakı. 12 iyul. REPORT.AZ/ "Bank Standard" QSC-nin Müşahidə Şurasına (MŞ) yeni sədr təyin ediləcək. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu vəzifəyə "Unibank" ASC-nin icraçı direktoru Xalid Əhədov gətiriləcək.

    Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"ın maliyyə sektorundakı mövqeyini, aktivlərinin xüsusi çəkisini, öhdəliklərin sosial xarakterini və sistem əhəmiyyətini nəzərə alaraq, fiskal və monetar orqanlarla razılaşdırılmış şəkildə onun maliyyə sağlamlaşdırılması (sanasiya edilməsi) barədə qərar qəbul edilib.

    Qərara əsasən, “Bank Standard” səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan “Azər-Türk Bank” ASC vasıtəsilə sağlamlaşdırılacaq. Sağlamlaşdırma proqramına görə “Azər-Türk Bank” 3 avqust 2016-cı il tarixinə qədər “Bank Standard”ın idarəetmə orqanlarını yenidən formalaşdıracaq və həmin tarixdən bank fəaliyyətini biznes strategiyasına uyğun qaydada tam həcmdə bərpa edəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi