Yuxarı
    Bağlamaq

    Türkiyədə dolların məzənnəsi rekord həddə çatıb

    Dolların yaxın günlərdə 4,00 TRY/USD səviyyəsini ötməsi gözlənilir

    Bakı. 21 noyabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün tarixi rekordunu yeniləyib. 

    "Report"un analitik qrupu bildirir ki, dolların məzənnəsi 2017-ci il yanvar ayının 11-də 3,9423 lirə səviyyəsinə yüksələrək tarixi rekord həddə çatdıqdan sonra sentyabrın 11-də 3,3845 lirə səviyyəsinə - bu ilin minimumuna qədər geriləyib. Son 2 aydan bir qədər artıq dövr ərzində dollar 17%-dək bahalaşaraq bu gün keçirilən hərracda Bakı vaxtı ilə saat 10:15-də 3,9425 TRY/USD səviyyəsinə yüksəlib.

    Analitik qrup bildirir ki, dolların bahalaşmasına səbəb Türkiyənin xarici ticarət kəsirinin artması, özəl sektorun qısamüddətli borclarının yüksək səviyyədə olması və iş adamı Rza Zərrabla bağlı ABŞ-da keçiriləcək məhkəmə prosesidir. Qeyd edək ki, məhkəmə bir həftə uzadılaraq 4 dekabr tarixinə təxirə salınıb və burada çıxarılacaq qərar Türkiyə "Halkbank"ına cəzanın tətbiqi ilə nəticələnə bilər.

    Bununla yanaşı, Türkiyə Mərkəzi Bankının (TCMB) dünən keçirdiyi müddətli valyuta hərracında 6 aylıq müddətə dollar satışında məzənnə 4,13 TRY/USD olub. Bu da onu deməyə əsas verir ki, yaxın günlərdə dolların məzənnəsinin bu səviyyəyə yaxınlaşması qaçılmazdır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi