Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir

Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir "Türkiyə dövlət borc öhdəlikləri ilə bağlı qiymətli kağızlar buraxarkən Yaponiya və Yaxın Şərqin maliyyə bazarlarına da çıxa bilər"
Maliyyə
3 Yanvar , 2018 07:20
Türkiyə rublda istiqraz buraxmaq niyyətindədir
Freedman.Club

Bakı. 3 yanvar. REPORT.AZ/ Türkiyə höküməti dövlət borc öhdəlikləri üzrə müxtəlif pul vahidləri, o cümlədən Rusiya rublunda qiymətli kağızlar buraxmaq niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

"Biz dövlət borc öhdəlikləri üzrə ciddi şaxələndirməyə daxil oluruq, yeni ölkələrə böyük həcmdə vəsait yönəldirik. İlk dəfə olaraq biz "Yol şousu"nu Rusiyada həyata keçirdik, Rusiya rublunda olan istiqraz bazarını təhlil etdik və ilkin reaksiyalar müsbət oldu. 2018-ci ildə biz çalışacağıq ki, bondlarımızı (istiqrazlar – Red.) rublda satmağa cəhd edək. Bununla yanaşı biz "panda-bondlar" (Çin yuanında satışa çıxarılan – Red.) bazara çıxış əldə etmək qərarına gəldik. Biz maliyyə münasibətlərimizi Türkiyədə fəaliyyətə başlayan Çinin ICBC bankı vasitəsisə inkişaf etdirəcəyik", - deyə, baş nazirin müavini Mehmet Şimşek deyib.

O əlavə edib ki, Türkiyə dövlət borc öhdəlikləri ilə bağlı qiymətli kağızlar buraxarkən Yaponiya və Yaxın Şərqin maliyyə bazarlarına da çıxa bilər. 

Son xəbərlər

Orphus sistemi