Türkiyə iqtisadiyyatı ilk rübdə 5% artıb

Türkiyə iqtisadiyyatı ilk rübdə 5% artıb Proqnozlar isə ÜDM-in 3,5% artacağını göstərirdi
Maliyyə
12 İyun , 2017 12:02
Türkiyə iqtisadiyyatı ilk rübdə 5% artıb

Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyə iqtisadiyyatı 2017-ci ilin ilk rübündə illik müqayisədə 5% artım göstərib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika İdarəsi (TÜİK) məlumat yayıb. 

Qeyd edək ki, "Bloomberg"in sorğusunda iştirak edən iqtisadçıların ortaq proqnozu isə ÜDM-in 3,5% artacağını göstərib. Rüblük müqayisədə isə Türkiyə iqtisadiyyatında artım 1,4% olub və bu, 1,8%-lik ortalama proqnozdan geri qalır.

Xatırladaq ki, Türkiyə iqtisadiyyatı 2016-cı ilin son rübündə illik müqayisədə 3,5% artım göstərib.

Son xəbərlər

Orphus sistemi