Yuxarı

​Türkiyə AIIB-ə üzvlüyü rəsmən qəbul edib

Bununla bağlı Türkiyə Prezident Administrasiyası məlumat yayıb

Bakı. 13 yanvar. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) yaradılması haqqında saziş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təsdiq edilib və baş nazirə göndərilib. “Report”un məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Administrasiyanın şərhində deyilir ki, Türkiyə Çinin liderlik elədiyi AIIB-ə üzv olmağı təsdiq edib.

Qeyd edək ki, 2015-ci ilin aprelində Çinin maliyyə naziri Türkiyənin AIIB-ə üzv olmaq üçün müraciət etdiyini açıqlayıb.

Əlavə edək ki, kreditlərlə bağlı son qərarın AIIB-in İdarə Heyəti və Direktorlar Şurasının yanvarın 16-18-də keçiriləcək iclasında veriləcək və Çinin prezidenti və baş nazirinin tədbirdə iştirakı gözlənilir.

Xatırladaq ki, iyunun 29-da 57 ölkə Pekində AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycanın Bankda iştirak payı isə 0,25% (245,1 mln. dollar) təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi