Yuxarı

Ziyad Səmədzadə: "Ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb"

Tədiyyə balansında 20,3 mlrd manatlıq müsbət saldo yaranıb

49

© Report/ Firi Salim — Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə

“Ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2% artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərindəki pozitiv dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub.

“2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,9% artaraq, 31,8 mlrd dollar təşkil edib. Tədiyyə balansında 20,3 mlrd manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artması xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Valyuta ehtiyatlarımız ötən ildə 44,5 mlrd manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”, - Z.Səmədzadə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi