Ziyad Səmədzadə: "Ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb"

Ziyad Səmədzadə: "Ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb" “Ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2% artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb”.
Maliyyə
31 May , 2019 12:27
Ziyad Səmədzadə: Ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə / Report/ Firi Salim

“Ötən il əhalinin adambaşına düşən gəlirləri 8,2% artıb, inflyasiya təkrəqəmli olub, manatın məzənnəsi sabit qalıb”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

O qeyd edib ki, enerji daşıyıcılarının qiymətlərindəki pozitiv dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub.

“2018-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 30,9% artaraq, 31,8 mlrd dollar təşkil edib. Tədiyyə balansında 20,3 mlrd manatlıq müsbət saldo yaranıb. Burada qeyri-neft əmtəə ixracının 9,8% artması xüsusi qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin görülməsinə imkan yaradıb. Valyuta ehtiyatlarımız ötən ildə 44,5 mlrd manat təşkil edib. Dövlət büdcəsinin gəlirləri üzrə proqnozlar artıqlaması ilə yerinə yetirilib”, - Z.Səmədzadə bildirib.

Son xəbərlər

Orphus sistemi