Yuxarı
    Bağlamaq

    Takehiko Nakao: “Biz müxtəlif sahələrdə Asiya İnfrastruktur İnkişaf Bankı ilə əməkdaşlıq etməyə hazırıq”

    “Bizim bir çox sahələri birgə maliyyələşdirməyimiz üçün razılığımız var”

    Bakı. 2 may. REPORT.AZ/ “Biz müxtəlif sahələrdə Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) ilə əməkdaşlıq etməyə hazırıq”. “Report”un xəbərinə görə, Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının çərçivəsində keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao deyib.

    T.Nakaonun sözlərinə görə, AİB AİİB-lə bir çox sahələrdə əməkdaşlıq edilməsi ilə bağlı razılıq əldə edib:

    “Bizim fəaliyyətimizin bir hissəsi yoxsulluğun azaldılması ilə əlaqədardısa, digər qismi infrastrukturun inkişafı ilə bağlıdır. Bu baxımdan, bizim fikrimiz AİİB ilə üst-üstə düşür. Bizim bir çox sahələri birgə maliyyələşdirməyimiz üçün razılığımız var”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi