Tahir Kərimli: “Dövlətin sosial tədbirlərini qiymətləndirmək lazımdır”

Tahir Kərimli: “Dövlətin sosial tədbirlərini qiymətləndirmək lazımdır” “Prezident İlham Əliyev seçkilərdə elan etdi ki, ölkədə kardinal islahatlar həyata keçiriləcək. Bu islahatların tərkib hissəsi kimi biz korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni görürük, icra hakimiyyəti strukturlarında dəyişiklikləri görürük. Eyni zamanda cənab Prezident elan etdi ki, bu dəyişikliklər təkcə kadr islahatları olmayacaq, həm də struktur, institusional islahatlar olacaq. Məhkəmə-hüquq sistemində islahatları görürük ki, xeyli dərəcədə dəyişilir və yaxud bizim qanunvericilik aparatında, qanunvericilik hakimiyyəti sahəsindəki islahatlar həyata keçirilir. Bunlar hamısı göz qabağındadır. Konstitusiyada birmənalı şəkildə elan olunub ki, “Azərbaycan Respublikası sosial dövlətdir”.
Maliyyə
20 May , 2020 16:04
Tahir Kərimli: “Dövlətin sosial tədbirlərini qiymətləndirmək lazımdır”

“Prezident İlham Əliyev seçkilərdə elan etdi ki, ölkədə kardinal islahatlar həyata keçiriləcək. Bu islahatların tərkib hissəsi kimi biz korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni görürük, icra hakimiyyəti strukturlarında dəyişiklikləri görürük. Eyni zamanda cənab Prezident elan etdi ki, bu dəyişikliklər təkcə kadr islahatları olmayacaq, həm də struktur, institusional islahatlar olacaq. Məhkəmə-hüquq sistemində islahatları görürük ki, xeyli dərəcədə dəyişilir və yaxud bizim qanunvericilik aparatında, qanunvericilik hakimiyyəti sahəsindəki islahatlar həyata keçirilir. Bunlar hamısı göz qabağındadır. Konstitusiyada birmənalı şəkildə elan olunub ki, “Azərbaycan Respublikası sosial dövlətdir”. 

“Report” xəbər verir ki, bunu Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli ölkədə həyata keçirilən sosial-iqtisadi və siyasi islahatları şərh edərkən deyib.

Onun sözlərinə görə, aparılan uğurlu işlər nəticəsində koronavirus pandemiyasının təsiri Azərbaycanda az hiss edilib: "Konstitusiyaya müvafiq olaraq sosial islahatlar çox mühüm yer tutur. Yəni koronavirus (COVID 19) pandemiyası dövründə də çox ciddi kadr və müəyyən struktur dəyişiklikləri olub və cənab Prezident islahatlar kursunu elan edib. Buna sadiqliyi nümayiş etdirilib və dövlət büdcəsində sosialyönümlü tutum 40%-dən yuxarı olub. Təsəvvür edin ki, pandemiya dövründə bu 40%-in 1%-i belə azaldılmadı. Əksinə, üst-üstə 3,5 milyard manat ehtiyacı olanlara, sosial islahatların həyata keçirilməsi üçün ayrıldı. Yəni Azərbaycan dünyada yeganə ölkələrdən biridir ki, öz vətəndaşlarına faiz etibarı ilə büdcə yaxud ümum daxili məhsul nisbətində çox böyük bir pay ayırıb ki, onların təminatı yerinə yetirilsin.

Onu da deyim ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına da hər dəfəsində 5 milyon ABŞ dolları olmaqla 2 dəfə pul ayırıb. Hətta bunun paylanmasına da nəzarət edir. Həmçinin 13-dən artıq dövlətə də yardım edib. Bütün bunlarla yanaşı, bütün dünyanın elan etdiyi kimi Azərbaycan daxilində nümunəvi bir mühit yaranıb. Yəni pandemiya dövründə bizimlə müqayisədə eyni sayda əhalisi olan ölkələrdə 10 minlərlə ölçülən insan vəfatı qeydə alınıb. Azərbaycanda isə bu cəmi 41 nəfərdir və çox ciddi izolyasiya tədbirləri, qabaqlayıcı tədbirlər görülür”.

Deputatın fikrincə, qeyri-formal işsiz əhaliyə yardımın ayrılması Azərbaycanın sosial dövlət olmasını bir daha sübut edir: “Azərbaycan hakimiyyəti öz xalqını boş buraxmadı. Bütün sahibkarlıq subyektlərinə, özəl şirkətlərə, fiziki və hüquqi şəxslərin hamısına yardım göstərildi. Təsəvvür edin ölkədə 600 min qeyri-formal işsiz vardı. Bunların heç bir yerdə qeydiyyatı yox idi. Onlar havada qala bilərdi. Amma cənab Prezidentin sərəncamı ilə bu 600 min insanın hər birinə 2 ay müddətinə 190 manat vəsait ayrıldı. Bir məsələyə də diqqət yetirmək lazımdır ki, dövlət şirkətlərində işləyənlərin pulunun kompensasiya edilməsi başa düşüləndir. Yəni bunlar dövlət strukturlarında çalışdıqları üçün onlara dövlət tərəfindən təminat verilir. Başqa ölkələrdə özəl sektora ən yaxşı halda kredit verməklə kömək edirlər. Amma özəl strukturlarda çalışana yalnız Azərbaycanda yardım edilib. Belə ki, özəl şirkətlərdə çalışan 700 mindən artıq insana əməkhaqqının böyük bir hissəsi dövlətimiz tərəfindən ödənildi. Sosial dəstəyə gəlincə, təkcə mənim təmsil etdiyim Ağsu-İsmayıllı rayonlarının hər birinə Heydər Əliyev Fondu vasitəsi ilə 1 500 ailəyə yardım ayrılıb. Bundan əlavə ölkə Prezidentinin tövsiyəsi ilə insanlar da bir-biri ilə yardımlaşırlar. Ona görə də Azərbaycan pandemiyadan ən az itki ilə çıxanlardandır. Azərbaycanın sosial dövlət siması birbaşa görünməkdədir. Bu, inkar olunmaz haldır. Onu da deyə bilərəm ki, bəzi dövlətlərdə hakimiyyətlər öz xalqının gözündən düşdü, amma əksinə Azərbaycan hakimiyyəti öz imicini möhkəmləndirdi. Çünki digər tərəfdən sosial mahiyyəti ilə yanaşı, dövlət korrupsiya və rüşvətxorluğa qarşı da ciddi mübarizə aparıldı. Əhali arasında sosial fərqin aradan götürülməsi üçün də ciddi işlər görüldü. Hesab edirəm ki, Azərbaycan dövlətinin gördüyü sosial tədbirləri qiymətləndirmək lazımdır. Cənab Prezident də bunu deyib ki, lazım gəlsə, Azərbaycan xalqına istənilən qədər kömək ediləcək. Doğrudur, Azərbaycanın valyuta ehtiyatları, büdcə daxilolmaları azalır. Bu xəstəliklə bağlı müəyyən işlərin dayandırılması ilə əlaqədardır, neftin qiymətinin aşağı düşməsi ilə bağlıdır. Mən cənab Prezidentin sözü ilə bunu demək istəyirəm ki, bizim qarşımızda duran vəzifə birinci əhalinin sağlamlığı, ikincisi isə sosial təminat məsələsidir. İqtisadiyyat bizim üçün sonrakı mərhələ oldu. Doğrudan da, belə oldu. Hamının gözü qabağında insanların sağlamlığı üçün ciddi işlər görüldü. İkincisi isə əlbəttə ki, genişmiqyaslı sosial təminat prosesləri həyat keçirildi. Bütün dövlət strukturları ilə yanaşı, QHT-lər, vətəndaşlar və ictimaiyyət nümayəndələri də bu işə cəlb olundu. Bu Azərbaycan dövlətinin uğurudur. Çətin vəziyyətdə, pandemiya kimi bir dəhşətli bəla dövründə Azərbaycanın həm xalqın sağlamlığının qorunub saxlanması, həm də sosial təminatın saxlanması istiqamətində nümunəvi ölkəyə çevrildi”.

Son xəbərlər

Orphus sistemi