Yuxarı

SOCAR istiqrazlarının cari kotirovkası gündəlik açıqlanacaq

Fariz Əzizov: İlkin yerləşdirmədə iştirak edə bilməyən investorlar təkrar bazarın imkanlarından istifadə edə bilər

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması kapital bazarının strukturunun milliləşdirilməsi baxımından mühüm addımdır. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizov bildirib.

Onun sözlərinə görə, bu istiqrazlar BFB-nin tarixində ən iri emissiyadır və ali (əsas) bazar seqmentində yerləşdirilib: “Bu yerləşdirmədə BFB və Milli Depozit Mərkəzindən əlavə 12 təşkilat çalışıb. Bu gündən istiqrazlar üzrə gəlirlər hesablanmağa başlanacaq. BFB bundan sonra təkrar bazarla bağlı məlumatları, kotirovka göstəricilərini gündəlik açıqlayacaq. İlkin yerləşdirmədə iştirak edə bilməyən investorlar təkrar bazarın imkanlarından istifadə edə, öz brokerini seçərək istiqrazlara investisiya yatıra bilərlər”. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi