Yuxarı

SOCAR ilk avrobondlarını geri alır

Təklif yanvarın 26-dək etibarlıdır

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2012-ci ildə 500 mln. ABŞ dolları həcmində yerləşdirdiyi 5 illik avrobondları investorların arzusu ilə geri almağa başlayıb. "Report" xəbər verir ki, bu barədə bu gün beynəlxalq birjalarda məlumat yayılıb.

Bu təklif yanvarın 26-dək etibarlıdır.

Qeyd edək ki, ilk dəfə 2012-ci ilin fevral ayında SOCAR London Fond Birjasında avroistiqrazlar emissiyasını yerləşdirib. Buraxılışın həcmi 500 mln. dollar, istiqrazların dövriyyə müddəti 5 il, illik gəlirliyi 5,45% təşkil edir. Beləliklə, istiqrazların ödəmə tarixi 2017-ci il fevralın 9-na təsadüf edir, faizlərin ödənilməsi isə yarım ildən bir həyata keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi