Bakı. 18 aprel. REPORT.AZ/ 13-31 mart 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.
Bu barədə “Report”a Palatadan bildirilib.
Məlumatda deyilir ki, nəticələrə əsasən, attestasiyada iştirak etmiş namizədlərdən 15-i keçid balını toplayaraq müvəffəqiyyət qazanıb. Ən yüksək nəticə 93 bal olub.
Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.
Attestasiyadan müvəffəqiyyətlə keçən şəxslər aşağıdakılardır.
Sıra № | Soyad, ad, atasının adı | Topladığı bal |
1 | Məmmədov Elsevər Afaqil oğlu | 93 |
2 | Hüseynova Leyla İlqar qızı | 93 |
3 | Bağırova Billurə İsmayıl qızı | 92 |
4 | Səfərov Rəşad Səfər oğlu | 90 |
5 | Nəsir-zadə Aydın Etimad oğlu | 86 |
6 | Babaliyev Eldar Məhəmmədrəhim oğlu | 86 |
7 | Əfəndiyeva Jalə Məmmədəli qızı | 86 |
8 | Zöhrabov Hatəm Zöhrab oğlu | 85 |
9 | Mirzəyev Tural Mirzəcan oğlu | 82 |
10 | Zeynalov Fərid Ehtiram oğlu | 81 |
11 | Qulu-zadə Yusif Cahid oğlu | 76 |
12 | İslamov Rasim Fazil oğlu | 73 |
13 | Aşurova Ruqiyyə Mirsaqulu qızı | 73 |
14 | Dövlətov Tarverdi Ərəbxan oğlu | 72 |
15 | İbrahimova Aytac Elşad qızı | 70 |