Sığorta vasitəçiliyinə lisenziya alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Sığorta vasitəçiliyinə lisenziya alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb Attestasiyada iştirak etmiş namizədlərdən 15-i keçid balını toplayaraq müvəffəqiyyət qazanıb
Maliyyə
18 Aprel , 2017 15:37
Sığorta vasitəçiliyinə lisenziya alınması üçün keçirilmiş attestasiyanın nəticələri açıqlanıb

Bakı. 18 aprel. REPORT.AZ/ 13-31 mart 2017-ci il tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyanın alınması üçün Maliyyə Bazarlarına Nəzarət Palatasında attestasiya keçirilib.

Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumatda deyilir ki, nəticələrə əsasən, attestasiyada iştirak etmiş namizədlərdən 15-i keçid balını toplayaraq müvəffəqiyyət qazanıb. Ən yüksək nəticə 93 bal olub.

Qeyd edək ki, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya, həmçinin aktuari fəaliyyətinə aktuari şəhadətnaməsi almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi” Qaydalarının 5.6-cı bəndinə əsasən attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.

Attestasiyadan müvəffəqiyyətlə keçən şəxslər aşağıdakılardır.

Sıra № Soyad, ad, atasının adı Topladığı bal
1 Məmmədov Elsevər Afaqil oğlu 93
2 Hüseynova Leyla İlqar qızı 93
3 Bağırova Billurə İsmayıl qızı 92
4 Səfərov Rəşad Səfər oğlu 90
5 Nəsir-zadə Aydın Etimad oğlu 86
6 Babaliyev Eldar Məhəmmədrəhim oğlu 86
7 Əfəndiyeva Jalə Məmmədəli qızı 86
8 Zöhrabov Hatəm Zöhrab oğlu 85
9 Mirzəyev Tural Mirzəcan oğlu 82
10 Zeynalov Fərid Ehtiram oğlu 81
11 Qulu-zadə Yusif Cahid oğlu 76
12 İslamov Rasim Fazil oğlu 73
13 Aşurova Ruqiyyə Mirsaqulu qızı 73
14 Dövlətov Tarverdi Ərəbxan oğlu 72
15 İbrahimova Aytac Elşad qızı 70

Son xəbərlər

Orphus sistemi