Yuxarı

Sığorta şirkəti motosikletlərdən istifadə edəcək

Bu, Formula 1 yarışmasının keçirilməsi ilə əlaqədar paytaxt yollarında tıxacın yaranması ilə bağlıdır

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı şəhəri ərazisində "Formula 1" yarışmasının keçirilməsi ilə əlaqədar “Standard Insurance” sığorta şirkətinin rəhbərliyi ikitəkərli nəqliyyat vasitələrinin (motosiklet) istifadəsinə dair qərar qəbul edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu qərar şəhər daxilində hadisələrə çevik reaksiya vermə, həmçinin tədbir keçirilən dövrdə şəhərdə tıxac zamanı hadisə yerinə qəza komissarlarının gecikməsi halları ilə müştərilərin qarşılaşmaması məqsədi ilə qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi