Sığorta şirkəti motosikletlərdən istifadə edəcək

Sığorta şirkəti motosikletlərdən istifadə edəcək Bu, "Formula 1" yarışmasının keçirilməsi ilə əlaqədar paytaxt yollarında tıxacın yaranması ilə bağlıdır
Maliyyə
10 İyun , 2016 12:49
Sığorta şirkəti motosikletlərdən istifadə edəcək

Bakı. 10 iyun. REPORT.AZ/ Bakı şəhəri ərazisində "Formula 1" yarışmasının keçirilməsi ilə əlaqədar “Standard Insurance” sığorta şirkətinin rəhbərliyi ikitəkərli nəqliyyat vasitələrinin (motosiklet) istifadəsinə dair qərar qəbul edib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu qərar şəhər daxilində hadisələrə çevik reaksiya vermə, həmçinin tədbir keçirilən dövrdə şəhərdə tıxac zamanı hadisə yerinə qəza komissarlarının gecikməsi halları ilə müştərilərin qarşılaşmaması məqsədi ilə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi