​Azərbaycanda adambaşına sığorta haqqı 50 manata çatdırılacaq

​Azərbaycanda adambaşına sığorta haqqı 50 manata çatdırılacaq Ölkədə adambaşına sığorta haqlarının 20,48% artımı proqnozlaşdırılır
Maliyyə
24 Yanvar , 2015 11:17
​Azərbaycanda adambaşına sığorta haqqı 50 manata çatdırılacaq

Bakı. 24 yanvar. REPORT.AZ /2015-ci ilin sonuna Azərbaycanda adambaşına sığorta haqqının 50 manata çatdırılması gözlənilir.

"Report"un verdiyi xəbərə görə, bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) şöbə rəisi Mahir Abdullayev məlumat verib. O bildirib ki, hazırda bu göstərici 41,50 manat təşkil edir. Bununla da ölkədə adambaşına sığorta haqlarının 20,48% artımı proqnozlaşdırılır. 

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) məlumatına görə, 2014-сü ildə Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə 2013-cü illə müqayisədə 23,5 milyon manat və ya 5,8% çox, təxminən 429,2 milyon manat sığorta haqqı toplanılıb.

Ötən il sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə təxminən 157,1 milyon manat təşkil edib. Bu isə 2013-cü ilə nisbətən 34,3 milyon manat və ya 28% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş edilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub.

Son xəbərlər

Orphus sistemi