Yuxarı
    Bağlamaq

    Səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər artacaq

    Bu dividendlər hesabına 2017-ci ilin dövlət büdcəsinə 6 mln. manat daxil olacaq

    Bakı. 25 noyabr. REPORT.AZ/ Azərbaycanda səhmlərində dövlət payı olan müəssisələrdən alınan dividendlər hesabına 2017-ci ilin dövlət büdcəsinə 5,959 mln. manat daxil olacağı gözlənilir. 

    "Report" xəbər verir ki, bu barədə 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə qeyd olunub.

    Bu, 2016-cı ilin analoji proqnozu ilə müqayisədə 660 min manat və ya 12,5% çoxdur.

    Qeyd edək ki, 2017-ci il dövlət büdcəsinin gəlirləri 15 955,0 mln. manat məbləğində proqnozlaşdırılıb. Bu, 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 1 543,0 mln. manat və ya 8,8%, 2016-cı ilin proqnoz göstəricisi ilə müqayisədə isə 867,0 mln. manat və ya 5,2% azdır. 2017-ci ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbətinin 26,0% təşkil edəcəyi proqnozlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi