Prezident Administrasiyasının nümayəndəsi: "IFC Azərbaycana investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə yardım edəcək"

Prezident Administrasiyasının nümayəndəsi: "IFC Azərbaycana investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə yardım edəcək" Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökuməti ilə üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalayıb.
Maliyyə
8 May , 2019 13:38
Prezident Administrasiyasının nümayəndəsi: IFC Azərbaycana investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə yardım edəcək
PA nümayəndəsi Vüsal Şıxəliyev / Report

"Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan hökuməti ilə üç əməkdaşlıq sazişi və üç anlaşma memorandumu imzalayıb". 

“Report” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının (PA) nümayəndəsi Vüsal Şıxəliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda bütün sahələrdə institusional və hüquqi şərait yaxşılaşdırılıb.

V.Şıxəliyev həmçinin qeyd edilən saziş və memorandumların icrası üzrə işçi qrupunun yaradıldığını deyib: "Yeni işçi qrupu yaradılıb və bu işçi qrupunun rəhbəri Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimovdur. Qrup saziş və memorandumların icrasına nəzarət edəcək".

Qeyd edək ki, əməkdaşlıq sazişləri lisenziyalaşdırma və yoxlamaların aparılması qaydalarını sadələşdirməyə, eləcə də Azərbaycan Hökumətinə investisiya siyasəti və təşviqi çərçivəsini inkişaf etdirməyə və birbaşa xarici investisiyaların cəlbi siyasəti və təşviqi çərçivəsini inkişaf etdirilməyə yardım edəcək.

Son xəbərlər

Orphus sistemi