​Sabahdan "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq - YENİLƏNİB-2

​Sabahdan "Bank of Azerbaijan"ın əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq - YENİLƏNİB-2 Əmanətçilərin ümumi sayı 7 342 nəfər olsa da, 6 599 nəfərə kompensasiya ödəniləcək
Maliyyə
28 Yanvar , 2016 14:25
​Sabahdan Bank of Azerbaijanın əmanətçilərinə kompensasiya ödənişinə başlanacaq - YENİLƏNİB-2

İlk xəbər saat 12:25-də verilib

Bakı. 28 yanvar. REPORT.AZ/ Sabahdan lisenziyası ləğv olunan "Bank of Azerbaijan" ASC-nin əmanətçilərinə kompensasiyanın ödənilməsinə başlanacaq.

"Report" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov bildirib.

"Bank of Azerbaijan"da 24 194 529 manat kompensasiya olunan əmanət var. Bankdakı əmanətçilərin ümumi sayı 7 342 nəfər olsa da, bunun yalnız 6 599 nəfəri kompensasiya alacaq.

***

"Bank of Azerbaijan"da əmanətlər üzrə kompensasiya 2 mln. dollar,100 min avro, qalanı isə manatla ödəniləcək.

Hazırda Fondun ehtiyatları 132 mln. manat təşkil edir və bu, bağlanan digər 5 bank üzrə də kompensasiyaların ödənilməsi üçün yetərli olacaq.

***

"Bank of Azerbaijan"ın təqdim etdiyi rüblük hesabatlara əsasən, qorunan əmanətlər 36 mln. manat təşkil edirsə, bizim hesablamalarımıza görə,kompensasiya cəmi 24 mln. manat təşkil edib. Əgər əmanət bir valyutada olarsa, həmin valyutada da ödənilir. Əgər bir neçə valyutada olarsa, kompensasiya sıgorta hadisəsinin baş veridyi günə olan Mərkəzi Bankın məzənnəsi ilə manat ilə ödəniləcək. "Bank of Azerbaijan"da təxminən 5 800 nəfər əmanətini tam, 600 nəfər bir hissəsini alacaq", - deyə A.Cavadov deyib.

ƏSF rəhbəri əlavə edib ki, ümumilikdə, lisenziyası ləğv edilən bankların verdiyi hesabatlara əsasən, bu banklarda əmanətlərə təzminat kimi təxminən 80 mln. manat tələb olunur: "Əlbəttə, bu, onların müflis elan olunmasından sonra gələn məktubdan və sonrakı hesablamalardan sonra dəqiqləşəcək".

***

Kompensasiya ödənişləri üçün bank-agent kimi "Muğanbank" ASC, Naxçıvan MR üzrə isə "Rabitəbank" ASC seçilib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 18 yanvar 2016-cı il tarixli qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalın adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib və bu tarixdən etibarən banka müvəqqəti inzibatçı təyin edilib.

Qeyd edək ki, yanvarın 22-də isə "Bank of Azerbaijan" ASC ilə bağlı sığorta hadisəsi olub və ƏSF "Bank of Azerbaijan"da 30 min manata qədər qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 100%-i həcmində kompensasiya ödəniləcəyinə təminat verib.

Son xəbərlər

Orphus sistemi