Yuxarı

Rusiyada daha 2 bank bağlanıb

Söhbət regional banklardan gedir

Bakı. 18 avqust. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı (RMB) daha 2 kommersiya bankının lisenziyasını ləğv edib. "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, söhbət Pyatiqorsk vilayətindəki "QRiS-bank"dan və Buryatiya vilayətindəki "Baykalbank"dan gedir.

RMB bankların bağlanmasının səbəblərinə aydınlıq gətirib. Qurumun açıqlamasına görə, "QRiS-bank" bank fəaliyyətini tənzimləyən federal qanunlara və normativ aktlara əməl etməyib, pul vəsaitlərini aşağıkeyfiyyətli aktivlərdə yerləşdirib və mümkün zərərlərin ödənilməsi üçün ehtiyatlar yaratmayıb. Bundan başqa, bank cinayət yolu ilə əldə edilmiş və terrorçuluğu maliyyələşdirmək məqsədi daşıyan pulların leqallaşdırılmasına qarşı lazımi tədbirlər görməməkdə ittiham olunur. "Baykalbank" isə məcmu kapitalı minimum tələbə cavab vermədiyi üçün lisenziyadan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi