Yuxarı

Rusiya vətəndaşlarının real gəlirlərindəki azalma tempi 7 illik maksimuma çatıb

Qonşu ölkənin əhalisi sürətlə yoxsullaşır

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Rusiya vətəndaşlarının real gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,3% azalıb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bununla da əhalinin real gəlirlərindəki azalma tempi 7 illik maksimuma çatıb. 

Xatırladaq ki, 2009-ci ilin avqust ayında Rusiya vətəndaşlarının gəlirləri illik müyqayisədə 8,2% azalma nümayiş etdirib. Sonuncu dəfə isə gəlirlərdə artım 2014-cü ilin oktyabr ayında qeydə alınıb. Hazırda əhalinin real gəlirlərində azalma getdikcə sürətlənir. Belə ki, iyun ayında illik azalma azalma 4,8%, iyul ayında isə 7,3% təşkil edib. 

Müstəqil sosial siyasət institutunun direktoru Tatyana Malevaya görə, əhalinin real gəlirlərində kəskin azalma birbaşa olaraq ölkədə davam edən maliyyə böhranı ilə əlaqədardır. "Yaxın müddətdə vəziyyətin yaxşılaşması isə makroiqtisadi proqramdan asılıdır ki, o da hələ formalaşdırılmayıb", deyə Maleva sözlərinə davam edib.

Rusiyada nominal əmək haqları da azalmaqda davam edir. Avqust ayında ölkədə orta aylıq əmək haqqı iyul ayı ilə müqayisədə 5% azalaraq 34 min rubl (527 ABŞ dolları) təşkil edib. Ötən ay nominal olaraq əhalinin gəlirləri isə 2015-ci ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq 30,9 min rubl (479 dollar) olub. "BKS" broker şirkətinin baş iqtisadçısı Vladimir Tixomirova görə, "Azalmaya səbəb davam edən inflyasiya, rublun zəifləməsi, nominal gəlirlərin azalması, pensiya ödənişlərinin indeksasiya edilməməsi olub". Bununla da əhali maaşının yarıdan çoxunu qida məhsullarına xərcləyir. Nəticədə yoxsulluq artmaqda davam edir. Yaxın 2-3 rübdə vəziyyətin düzəlməsi gözlənilmir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi