Yuxarı
    Bağlamaq

    Rusiya iqtisadiyyatı II rübdə 2,5% artıb

    Yanvar-iyul aylarında büdcə kəsiri ÜDM-in 0,8%-nə bərabər olub

    Bakı. 12 avqust. REPORT.AZ/ Rusiya iqtisadiyyatı 2017-ci ilin II rübündə 2,5% artım göstərib. "Report" "Interfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Statistika Xidməti məlumat yayıb. 

    Qeyd edək ki, bu göstərici ilkin variantdır, dəyişiklik mümkündür. Son variant sentyabr ayının ortalarında açıqlanacaq. Xatırladaq ki, İqtisadi İnkişaf Nazirliyi II rübdə ÜDM artımının 2,7%, Mərkəzi Bank isə 1,3-1,5% olduğunu bildirib. Statistika Xidmətindən bildirilib ki, cari ilin ilk 6 ayında ÜDM 1,5-1,6% artım göstərəcək.

    Xatırladaq ki, ilk rübdə Rusiya iqtisadiyyatı 0,5% artıb.

    Bununla yanaşı, Rusiya Maliyyə Nazirliyi büdcə göstəricilərini açıqlayıb. Açıqlanan rəqəmlərə görə, Rusiya büdcəsi yanvar-iyul aylarında ÜDM-in 0,8%-i qədər kəsirlə tamamlanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi