Yuxarı
    Bağlamaq

    "Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

    Əsas diqqət ABŞ-ın inflyasiya göstəricisində olacaq

    Bakı. 12 fevral. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 12-16 fevral həftəsinin ən vacib iqtisadi xəbərləri Böyük Britaniya, ABŞ, Yaponiya, avrozona, OPEC və EIA tərəfindən açıqlanacaq.

    "Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

    1) Fevralın 13-də Bakı vaxtı ilə saat 13:30-də Böyük Britaniyada yanvar ayının inflyasiya göstəricisi açıqlanacaq. Analitiklər illik inflyasiyanın 2,9% təşkil edəcəyini ehtimal edirlər. Fevralın 16-da Britaniyada yanvar ayı üzrə pərakəndə satışın həcmi açıqlanacaq. Analitiklər göstəricinin 0,6% təşkil edəcəyini proqnozlaşdırırlar;

    2) Fevralın 14- Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da yanvar inflyasiyası, pərakəndə satışın baza indeksi, pərakəndə satışın həcm göstəricisi açıqlanacaq. Analitiklər, inflyasiyanın 0,2% təşkil edəcəyini, pərakəndə satışın baza indeksinin 0,2%, həcminin isə 0,5% artacağını ehtimal edirlər. Fevralın 16-da isə ABŞ-da inşaat sektoruna yanvar ayında verilən lisenziyaların sayı açıqlanacaq. Bu göstəricinin 1,31 mln. ədəd olması gözlənilir;

    3) Fevralın 14-də Bakı vaxtı ilə saat 03:50-da Yaponiyada 2017-ci il və IV rübün ÜDM göstəriciləri açıqlanacaq. Analitiklər arasında əldə olunan konsensusa görə, ÜDM-də illik 0,9% və son rübdə 0,2% artım gözlənilir;

    4) Fevralın 14-də Bakı vaxtı ilə saat 14:00-da avrozonada 2017-ci il və IV rübün ÜDM göstəriciləri açıqlanacaq. Analitiklər illik ÜDM-in 2,7%, son rübdə isə 0,6% artacağını proqnozlaşdırırlar. Həmçinin, eyni gündə ECB nümayəndəsi İvs Merşin (Yves Mersch) açıqlamaları olacaq. Fevralın 15-də isə ECB nümayəndəsi Prat (Praet) və Lautenşlegerin (Lautenschlager) çıxışı olacaq;

    5) Fevralın 12-də OPEC, fevralın 13-də isə Beynəlxalq Energetika Agentliyi (IEA) aylıq hesabatlarını açıqlayacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi