​“Rabitəbank” yeni onlayn xidmətlər istifadəyə verib

​“Rabitəbank” yeni onlayn xidmətlər istifadəyə verib Əməliyyatlar "Visa", "Visa Electron", "MasterCard" və "Maestro" plastik kartları ilə keçirilir
Maliyyə
9 Avqust , 2016 10:44
​“Rabitəbank” yeni onlayn xidmətlər istifadəyə verib

Bakı. 9 avqust. REPORT.AZ/ “Rabitəbank” ASC “Azericard” MMC ilə birlikdə onlayn kredit ödəniş xidmətini müştərilərin istifadəsinə verib. “Report” xəbər verir ki, bu barədə Bankın yaydığı məlumatda qeyd edilir.

Məlumata görə, onlayn kredit ödənişi xidmətindən yararlanmaq üçün Bankın rəsmi saytında “Online Bankçılıq”, sonra “Online ödəmə”, daha sonra isə “Azericard” bölməsinə daxil olaraq hər növ onlayn ödənişləri həyata keçirə bilərlər.

Qeyd edək ki, kredit ödənişini və hesaba mədaxili "Visa", "Visa Electron", "MasterCard" və "Maestro" plastik kartları vasitəsi ilə keçirilir.

“Rabitəbank”ın müştərilərinin təhlükəsizliyi onlayn ödəniş zamanı "3D Secure" sistemi tərəfindən qorunur, bunun üçün www.azericard.com saytından bu xidmətə qoşulmaq mütləqdir.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə fəaliyyətə başlayıb və hazırda 21 filial və 1 şöbədən ibarət filial şəbəkəsi var. Onlardan 7-si Bakı şəhərində,15-i isə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi