Yuxarı

Qızılın bahalaşması Azərbaycan Dövlət Neft Fonduna 717 mln. manat qazandırıb

Devalvasiya nəticəsində Fondun büdcədənkənar gəlirləri 22,5 mlrd. manat təşkil edib

Bakı. 9 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsiylə dəyərinin artması səbəbindən Fondun ümumilikdə 23 217,8 mln. manat büdcədənkənar gəliri yaranıb.

"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Hesabata əsasən, bu məbləğin 22 501,0 mln. manatını ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar büdcədənkənar gəlirlər təşkil edib.

Ötən il qızıl portfelinin qiymətinin artması ilə əlaqədar ARDNF-nin 716,8 mln. manat büdcədənkənar gəliri yaranıb.

Qeyd edək ki, Fondun 2015-ci il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən, investisiya portfelinin minimum 80%-i borc öhdəlikləri və pul bazarları alətlərindən, 10%-ə qədəri səhmlərdən, 5%-ə qədəri daşınmaz əmlakdan və 5%-ə qədəri qızıl alt portfellərindən ibarət olub.

Fond 2012-ci il fevralın 1-dən qızılın alışına başlayıb. ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarı 30 174,9 kq və yaxud 1,04 mlrd. dollar təşkil edib. Alınmış qızıl Azərbaycana gətirilərək müvəqqəti saxlanması üçün AMB-də yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi