“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş"in ilkin versiyası müzakirə edilib

“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş"in ilkin versiyası müzakirə edilib Bakı. 25 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palatanın hazırladığı “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin ilkin versiyası müzakirə edilib.
Maliyyə
25 May , 2018 09:44
“Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Sazişin ilkin versiyası müzakirə edilib
fimsa.az
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə qeyri-işlək aktivlərin idarə edilməsi üzrə “Bakı yanaşması” ilə bağlı Palatanın hazırladığı “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş"in ilkin versiyası müzakirə edilib.

“Report" Palayata istinadən xəbər verir ki, görüşdə ölkədə fəaliyyət göstərən bankların və aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələri iştirak ediblər.

Ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə “Qeyri-işlək aktivlərin restrukturizasiya planının hazırlanması” üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət işçi qrupu yaradılıb.

Görüşdə iştirak edən bankların nümayəndələrinə işçi qrupu “Qeyri-işlək aktivlərin restrukturizasiya proqramına dair Kollektiv Saziş"in ilkin versiyasını təqdim edib və qarşılıqlı fikir mübadiləsi aparılıb. Sonda bankların Kollektiv Sazişin layihəsinə dair təkliflərini təqdim etməsi qərara alınıb.  

Son xəbərlər

Orphus sistemi