Yuxarı

Reytinq: ​Qətər dünyanın ən zəngin ölkəsidir

Azərbaycan bu sıralamada 64-cü yerdə qərarlaşıb

Bakı. 2 aprel. REPORT.AZ/ Qətər ÜDM-in adambaşına düşən həcminə görə dünyanın ən zəngin ölkəsi seçilib. "Report" ABŞ-ın "Global Finance Magazine" jurnalının araşdırmasına istinadən bildirir ki, bu ölkədə adambaşına düşən ÜDM 146 min dollar təşkil edib. İlk üçlüyə həmçinin Lüksemburq (94 167 dollar) və Sinqapur (84 821 dollar) daxil olub. Qeyd edək ki, reytinq 185 ölkə üzrə tərtib olunub və Dünya Bankı ilə Beynəlxalq Valyuta Fondunun göstəriciləri əsasında hesablanıb. Araşdırmada hər bir ölkədəki inflyasiya və həyatın nisbi dəyərini özündə birləşdirən alıcılıq qabiliyyəti pariteti nəzərə alınıb.

Azərbaycan bu siyahıda adambaşına 18 913 dollarlıq ÜDM ilə 64-cü yerdə qərarlaşıb. Ermənistan isə 7 748 dollarla 116-cı sıranı tutub. Rusiya reytinqdə 51-ci, Latviya 52-ci, Belarus 65-ci, Türkmənistan 77-ci, Ukrayna 109-cu, Özbəkistan 127-ci, Moldova 132-ci, Qırğızıstan 142-ci, Tacikistan isə 153-cü sırada yer alıb.

Postsovet ölkələrindən ən zəngin ölkə kimi Litva 41-ci sırada, Estoniya 42-ci sırada qərarlaşıb. Bu ölkələrdə adambaşına ÜDM məbləği müvafiq olaraq 28 245 dollar və 27 729 dollar təşkil edib. Onları 50-cı sırada Qazaxıstan (25 367 dollar) izləyir.

Top-25-ə həmçinin Bruney, Küveyt, Norveç, BƏƏ, Honq-Konq, ABŞ, İsveçrə, Səudiyyə Ərəbistanı, Bəhreyn, Niderland, İrlandiya, Avstraliya, Avstriya, İsveç, Almaniya, Tayvan, Kanada, Danimarka, Oman, İslandiya, Belçika və Fransa daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi