"Qafqaz Kredit" 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

"Qafqaz Kredit" 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb Bakı. 12 iyul. REPORT.AZ/ “Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 857 min manat təşkil edib....
Maliyyə
12 İyul , 2017 09:55
Qafqaz Kredit 2016-cı ilin maliyyə yekunlarını açıqlayıb

Bakı. 12 iyul. REPORT.AZ/ “Qafqaz Kredit” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri bu il yanvarın 1-nə 857 min manat təşkil edib.

“Report” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 34,9% azdır.

“Qafqaz Kredit”in aktivlərinin 81,7%-ni və yaxud 700 min manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə kredit portfeli 38,9% kiçilib.

2016-cı ildə BOKT-un cəmi öhdəlikləri 85% azalaraq 58 min manat, cəmi kapitalı isə 14% azalaraq 799 min manat olub.

Ötən il “Qafqaz Kredit”in faiz gəlirləri 236 min manat (42,2% az), faiz xərcləri 11 min manat (74,7% az), qeyri-faiz gəlirləri 18 min manat (13,6% az), qeyri-faiz xərcləri isə 221 min manat (14,4% az) təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat mənfəəti 22 min manat olub ki, bu da illik müqayisədə 82,7% azdır.

2016-cı ildə “Qafqaz Kredit” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 2015-ci illə müqayisədə 24,6% çox – 161 min manat ayırıb, mənfəət vergisi xərcləri isə 9 min manat qənaət edib. Bununla da, BOKT ötən ili 130 min manat xalis zərərlə başa vurub. Bu, 2015-ci illə müqayisədə 4,9 dəfə çoxdur. 

Xatırladaq ki, "Qafqaz Kredit" 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 592 min manatdır. BOKT-un təsisçiləri 3 fiziki şəxs - Arif Adil oğlu Qurbanov, Xəlisə Şahnəzər qızı Əminova və Züleyxa Nurməmməd qızı Rəsulovadır.  

Son xəbərlər

Orphus sistemi