Proqnoz: Rusiya əhalisinin real gəlirləri bu il də azalacaq

Proqnoz: Rusiya əhalisinin real gəlirləri bu il də azalacaq Problemli kreditlərin əvvəlki kimi yüksək səviyyədə qalacağı gözlənilir
Maliyyə
27 Fevral , 2017 17:35
Proqnoz: Rusiya əhalisinin real gəlirləri bu il də azalacaq

Bakı. 27 fevral. REPORT.AZ/ Bu il Rusiyanın bank sektorunda artım prosesi davam edəcək. Lakin əhalinin real gəlirlərinin azalması və zəif iqtisadi artım fonunda kreditlərə tələbat azalacaq. "Report"un "Rambler News Service"ə istinadən verdiyi xəbərə görə, bu barədə Analitik Kredit Reytinq Agentliyi (AKRA) hazırlanan proqnoz hesabatda məlumat verilib. 

Hesabatda qeyd olunur ki, 2017-ci ildə bankların məcmu aktivləri 2% artım göstərəcək. İstehlak və ipoteka kreditlərində artım önə çıxsa da, ümumilikdə kreditləşmə prosesi zəifləyəcək. 

AKRA-ya görə, 2018-2020-ci illərdə Rusiyada bank sektorunun aktivlərinin 10%, ÜDM-in nominal artımının isə 6% olacağı proqnozlaşdırılır. Bununla yanaşı, ilin sonuna qədər Rusiya Bankının (Mərkəzi Bank) uçot dərəcəsini 1-1,5 faiz bəndi azaldacağı ehtimal edilir. Proqnozlara əsasən, əhalinin bank əmanətlərinin cari ildə 9% artım göstərəcəyi, problemli kreditlərin məcmu kredit portfelində xüsusi çəkisinin isə 14% olacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi