Proqnoz: Çin yuanı bu il 22%-dək devalvasiya ola bilər

Proqnoz: Çin yuanı bu il 22%-dək devalvasiya ola bilər Sabah Çində bir sıra önəmli iqtisadi göstəricilər açıqlanacaq
Maliyyə
18 Yanvar , 2016 18:16
Proqnoz: Çin yuanı bu il 22%-dək devalvasiya ola bilər

Bakı. 18 yanvar. REPORT.AZ/ Yanvarın 19-da Çində bir sıra önəmli iqtisadi göstəricilər açıqlanacaq. "Report" xəbər verir ki, bu göstəricilər Çin iqtisadiyyatı ilə bərabər bütün dünya iqtisadiyyatına təsir edəcək. Əsas kapitala investisiyalar, IV rüb üzrə ÜDM, illik ÜDM və sənaye istehsalının həcmi gözləntilərdən aşağı olarsa, Çin fond birjası kəskin azalma fazasına keçə bilər. Nəticədə dünya birjaları neqativ təsirə məruz qalacaq. 

Bundan başqa, göstəricilər proqnozlardan az olarsa, Çin milli valyuası - yuan üzərində təzyiqlər artacaq. Çin Xalq Bankı bu günə qədər mütəşəkkil valyuta bazarına intervensiyalarla yuanı dəstəkləməyi dayandırsa, yuan bu ilin sonunadək 8-22% devalvasiyaya uğraya bilər. Nəticədə dünya iqtisadiyyatı ciddi dalğalanma yaşaya, valyuta müharibələri sürətlənə bilər.

Qeyd edək ki, investorlar Çin iqtisadiyyatının illik artımının 6,8%, rüblük isə 1,7% olacağını proqnozlaşdırır. Əgər göstəricilər proqnozlardan ciddi fərqlənsə, investorların Çin bazarından qaçışı sürətlənə bilər. Bundan başqa, Çində sənaye istehsalı indeksi 6%, əsas kapitala investisiyalar isə 10,2% səviyyəsində proqnozlaşdırılır.

"Report"un analitik qrupu sabah, yanvarın 19-da Çində açıqlanacaq iqtisadi göstəricilərin proqnozlardan aşağı olacağı təqdirdə, Çin Fond Birjasının 10%-dən çox azalacağını proqnozlaşdırır: "Yuanın devalvasiyası mümkün variant kimi görünür ki, bu da dünya valyutalarına ciddi neqativ təsir göstərəcək".

Son xəbərlər

Orphus sistemi