Proqnoz: Bitkoin bu il 2-3 dəfə bahalaşacaq

Proqnoz: Bitkoin bu il 2-3 dəfə bahalaşacaq Tom Li: "Bitkoinə yığım aləti kimi baxmaq lazımdır"
Maliyyə
10 Yanvar , 2018 12:38
Proqnoz: Bitkoin bu il 2-3 dəfə bahalaşacaq
George Frey/Getty Images

Bakı. 10 yanvar. REPORT.AZ/ Qlobal bazarda "Bitcoin"in qiyməti 2018-ci ildə cari səviyyədən 2 və hətta 3 dəfə arta bilər. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu proqnozla "Fundstrat Golab Advisors" konsaltinq şirkətinin təsisçilərindən biri və rəhbəri Tom Li (Tom Lee) çıxış edib.

Qeyd edək ki, T.Li 2017-ci ilin avqust ayında bitkoinin 10 000 dollar həddini ötəcəyini və gəlirliliyinə görə fond birjalarını üstələyəcəyini demişdi. Bitkoinin qiyməti 20 000 dollar - tarixi rekord həddə yüksələndən sonra 30%-ə yaxın geriləyərək 14 000 dollara kimi geriləməsinə baxmayaraq, ekspert rəqəmsal valyutanın gələcəyinə ümidlə baxdığını açıqlayıb.

CNBC telekanalına müsahibəsində T.Li bildirib: "Bitkoin asanlıqla S&P-ni üstələyəcək. Uzunmüddətli perspektivdə kriptovalyutanı yığım və kapitalın saxlanma aləti kimi görmək lazımdır. Yeni nəsil üçün o, qızılı əvəz edəcək".

"Əgər bitkoin qızılın bazar payının 5%-ni əldə edə bilsə, onun qiyməti 50 000 dollar olacaq. Bu da cari qiymət səviyyəsindən 3 dəfədən də çox artıqdır. İlin ilk yarısında bitkoin 20 000 dollara çatsa, sonra daha sürətlə bahalaşacaq", - analitik deyib.

Son xəbərlər

Orphus sistemi