“Pro Kredit”ın aktivləri 32% azalıb

“Pro Kredit”ın aktivləri 32% azalıb Bakı. 9 iyul. REPORT.AZ/ “Pro Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 31,5% azalaraq bu il yanvarın 1-nə 3,697 mln. təşkil edib.
Maliyyə
9 İyul , 2018 10:09
“Pro Kredit”ın aktivləri 32% azalıb

Bakı. 9 iyul. REPORT.AZ/ “Pro Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 31,5% azalaraq bu il yanvarın 1-nə 3,697 mln. təşkil edib.

“Report” bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Pro Kredit”in müştərilərə verdiyi xalis kreditlər 41% azalaraq 2,688 mln. manata düşüb.

Hesabat dövründə BOKT-un cəmi öhdəlikləri 33,2% azalaraq 3,391 mln. manat, cəmi kapitalı isə 5,7% azalaraq 306 min manat olub.

“Pro Kredit” 2017-ci ili 8 min manat xalis zərərlə başa vurub. Bu, 2016-cı ilə nisbətən 11,2 dəfə azdır.

Son xəbərlər

Orphus sistemi