Yuxarı
    Bağlamaq

    “Petkim”in səhmləri beş aylıq maksimuma yüksəlib

    Şirkətin səhmlərinin qiyməti 2,5% artaraq 4,56 lirəyə çatıb

    Bakı. 3 mart. REPORT.AZ/ Əsas payı Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus olan “Petkim Holding” ötən gün 2016-cı ilin yekun maliyyə göstəricilərini açıqlayandan sonra şirkətin səhmlərinin qiyməti yüksələrək bu gün beş aylıq maksimuma çatıb.

    “Report” “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu gün Türkiyə vaxtı ilə saat 10:16-da şirkətin səhmləri 2,5% artımla 4,56 Türkiyə lirəsinə (TRY) yüksəlib.

    Bu isə ötən il oktyabrın 7-dən etibarən ən yüksək göstəricidir. Bu, şirkətin ötən ili gözləntilərdən yüksək səviyyədə xalis mənfəətlə başa vurması ilə əlaqədar olub.

    Hesabatın ardından “Ak Yatırım” şirkəti bu gün “Petkim”in səhmləri üçün illik hədəf qiymətini 4,15 lirədən 5,35 lirəyə yüksəldib. Açıqlamada qeyd olunub ki, “Petkim” ötən ilin IV rübündə ortalama bazar gözləntisi olan 102 mln. lirədən və “Ak Yatırım”ın gözləntisi olan 95 mln. lirədən yüksək səviyyədə - 216 mln. lirə xalis mənfəət göstəricisi açıqlayıb: “Bizim gözləntilərimizlə açıqlanan göstərici arasındakı fərqin əsas hissəsi güclü fəaliyyətlə əlaqədardır. Şirkətin ötən ilin IV rübündə faiz, amortizasiya, vergi öncəsi mənfəəti illik müqayisədə 94% artaraq bazar gözləntisindən (163 mln. lirə) çox - 275 mln. lirə olub. Etilen-nafta qiymət fərqini nəzərə alaraq, 2017-ci il üçün faiz, amortizasiya, vergi öncəsi mənfəət proqnozumuzu əvvəlki 722 mln. lirədən 959 mln. lirəyə, xalis mənfəət proqnozumuzu isə 478 mln. lirədən 669 mln. lirəyə qaldırırıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi