"PAŞA Sığorta" aktivlərini 14% artırıb

"PAŞA Sığorta" aktivlərini 14% artırıb Şirkət I yarımilliyi xalis mənfəətlə başa vurub
Maliyyə
26 Oktyabr , 2016 16:40
PAŞA Sığorta aktivlərini 14% artırıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ "PAŞA Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 128,972 mln. manat təşkil edib. "Report" Şirkətə istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə təxminən 14% çoxdur.

Bu ilin ilk 6 ayında "PAŞA Sığorta"nın cəmi öhdəlikləri 62,6% artaraq 70,168 mln. manat, cəmi kapitalı isə 16% azalaraq 58,804 mln. manat olub.

Hesabat dövründə sığorta şirkətinin vergiöncəsi mənfəəti 8,846 mln. manat təşkil edib. "PAŞA Sığorta" bunun 1,76 mln. manatını mənfəət vergisinin ödənilməsinə yönəldib və ilin ilk yarısını 7,086 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "PAŞA Sığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 1 250 manat olan 40 000 səhm əsasında formalaşıb. Şirkətin səhmləri 100% daxil olduğu "PAŞA Holdinq" MMC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi