Yuxarı

​"PAŞA Həyat" Azərbaycanın sığorta tarixində ipoteka krediti üzrə ən iri sığorta ödənişini edib

PAŞA Həyat” tərəfindən ipoteka krediti ilə bağlı 5 sığorta hadisəsinə görə ümumilikdə 252,5 min manat həcmində sığorta ödənişi verilib

Bakı. 1 iyul. REPORT.AZ/ “PAŞA Həyat” sığorta şirkəti "Kredit götürən şəxslərin həyat sığortası" növü üzrə növbəti irihəcmli sığorta ödənişini həyata keçirib. Ölkədə fəaliyyət göstərən bankların birindən ipoteka krediti götürmüş şəxsin vəfat etməsi nəticəsində müştərinin 167 617 manat qalıq borc məbləği “PAŞA Həyat” tərəfindən aidiyyəti banka ödənilib.

"Report"un şirkətə istinadən verdiyi xəbərə görə, bu sığorta ödənişi Azərbaycan sığorta tarixində ipoteka kreditləri üzrə ödənilən ən iri vəsait hesab olunur. “PAŞA Həyat” tərəfindən cari ilin əvvəlindən indiyədək ipoteka krediti ilə bağlı 5 sığorta hadisəsinə görə ümumilikdə 252 509 manat həcmində sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevralından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin iyulun 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi