“PAŞA Bank”ın xalis mənfəəti 16% azalıb

“PAŞA Bank”ın xalis mənfəəti 16% azalıb “PAŞA Bank” ASC 2019-cu ili 65,04 milyon manat xalis mənfəətlə başa vurub.
Maliyyə
24 Yanvar , 2020 19:06
“PAŞA Bank”ın xalis mənfəəti 16% azalıb

“PAŞA Bank” ASC 2019-cu ili 65,04 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 15,6% azdır.

Ötən il “PAŞA Bank”ın əməliyyat gəlirləri 272,802 milyon manat (illik müqayisədə 32% çox), əməliyyat xərcləri 163,752 milyon manat (43,5% çox), xüsusi ehtiyatlara ayırmaları 26,506 milyon manat (əvvəlki il qənaət edib), gözlənilməz xərcləri 18 min manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 17,486 milyon manat (19,7% az) təşkil edib.

Bu il yanvarın 1-nə “PAŞA Bank”ın aktivləri 4 767,45 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 1,5% çoxdur. Bunun 1 753,64 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə Bankın kredit portfeli 32,8% böyüyüb.

Hesabat dövründə “PAŞA Bank”ın öhdəlikləri 0,3% artaraq 4 291,682 milyon manata çatıb, o cümlədən depozit portfeli 8,6% azalaraq 3 585,524 milyon manata düşüb, balans kapitalı isə 13,8% artaraq 475,768 milyon manat təşkil edib.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 milyon manatdır. Bankın səhmlərinin 60%-i daxil olduğu "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi