"PAŞA Bank" fiziki şəxslərə 35 mln. manatlıq xidmət göstərib

"PAŞA Bank" fiziki şəxslərə 35 mln. manatlıq xidmət göstərib Bank korporativ müştərilərin əməkdaşlarından başqa digər fiziki şəxslərlə işləməyi planlaşdırmır
Maliyyə
5 Dekabr , 2016 14:49
PAŞA Bank fiziki şəxslərə 35 mln. manatlıq xidmət göstərib

Bakı. 5 dekabr. REPORT.AZ/ “PAŞA Bank” ASC-nin fiziki şəxslərə göstərdiyi xidmət portfeli 35 mln. manat civarındadır. 

Bunu “Report”a açıqlamasında "PAŞA Bank” ASC-nin İdarə Heyətinin sədri Taleh Kazımov deyib: "Əsas məqsədimiz fiziki şəxslər olan müştərilərimizə rəqəmsal bankçılıq vasitəsilə xidmət göstərməkdir".

T.Kazımov qeyd edib ki, təmsil etdiyi bank korporativ müştərilərin əməkdaşları olan fiziki şəxslərdən başqa, digər fərdi müştərilərlə işləməyi planlaşdırmır: “Hazırda əsas istəyimiz odur ki, korporativ müştərilərin əməkdaşları bank xidmətləri alsınlar. İndi bununla məşğul olan yeni yaradılmış filialımız fəaliyyət göstərir”.

Bankın öz müştərilərinə göstərdiyi “faktorinq xidməti” haqqında danışan “PAŞA Bank” rəsmisi növbəti il üçün filial şəbəkəsini genişləndirməyi düşünmədiklərini bildirib: "Bu ilin əvvəlindən müştərilərimizə 61 mln. manatlıq faktorinq xidməti göstərmişik”.

Son xəbərlər

Orphus sistemi