​Palata: Azərbaycan sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var

​Palata: Azərbaycan sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var Maliyyə Bazarlarına Nəzarət Palatası strategiyasını makroprudensial idarəetmə üzərində qurmağa çalışır
Maliyyə
23 İyun , 2016 11:44
​Palata: Azərbaycan sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda istehlakçıların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi istiqamətində iş aparılır və bu sahədə sığorta ombudsmanının yaradılması məqsədəuyğundur.

"Report" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası Strateji xidmətlər Departamentinin müdiri Asim Zülfüqarov Bakıda keçirilən beynəlxalq sığorta forumunda milli sığorta bazarının yeni reallıqlarından danışarkən deyib.

“Sığorta sistemi üçün likvidlik riski xarakterikdir. Maliyyə Bazarlarına Nəzarət Palatası makroprudensial idarəetmə üzərində strategiyasını qurmağa çalışır. Beynəlxalq standartlara keçmək üzərində işlərimizi formalaşdırmışıq. Biz həm sığorta, həm bank bazarında bu işlərə eyni vaxtda başlamalıyıq", - deyə Palata rəsmisi qeyd edib.

"Digər iş sığorta əlçatanlılığı, sığorta inklüzivliyinin artırılmasıdır. Bunun üçün sığorta bazarında yeni məhsulların yardılmasına ehtiyac var. Kənd təsərrüfatının stimullaşdırılması əsas strateji hədəflərdən hesab edilir. Yerli sığorta bazarı iştirakçılarının regional səviyyəyə keçməsi arzuolunandır", - deyə departament müdiri əlavə edib. 

Son xəbərlər

Orphus sistemi