Pakistan Milli Bankının Bakı filialında problemli kreditlər 70%-i keçib

Pakistan Milli Bankının Bakı filialında problemli kreditlər 70%-i keçib Bankın mənfəəti isə illik müqayisədə 55% azalıb
Maliyyə
10 Fevral , 2017 13:16
Pakistan Milli Bankının Bakı filialında problemli kreditlər 70%-i keçib

Bakı. 10 fevral. REPORT.AZ/ Pakitsna Milli Bankı Bakı filialının aktivləri illik müqayisədə 2,54% artaraq 2017-ci il yanvarın 1-nə 11 263,01 min manat təşkil edib.

"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat ilində kredit portfeli 18,41% azalaraq 1 796,87 min manata enib. Kredit portfelinin 70,49%-nin və ya 1 266,68 min manatının ödəmə vaxtı keçib. Bu müddətdə depozit portfeli isə 83,9% artaraq cari il əvvəlinə 667,35 min manata çatıb.

Hesabata əsasən, Bank 2016-cı il ərzində 14,71 min manat xalis mənfəət əldə edib ki, bu da 2015-ci illə müqayisədə 55,3% azalma deməkdir. 

Son xəbərlər

Orphus sistemi