Bakı. 10 fevral. REPORT.AZ/ Pakitsna Milli Bankı Bakı filialının aktivləri illik müqayisədə 2,54% artaraq 2017-ci il yanvarın 1-nə 11 263,01 min manat təşkil edib.
"Report" bu barədə Bankın illik maliyyə hesabatına istinadən xəbər verir.
Hesabat ilində kredit portfeli 18,41% azalaraq 1 796,87 min manata enib. Kredit portfelinin 70,49%-nin və ya 1 266,68 min manatının ödəmə vaxtı keçib. Bu müddətdə depozit portfeli isə 83,9% artaraq cari il əvvəlinə 667,35 min manata çatıb.
Hesabata əsasən, Bank 2016-cı il ərzində 14,71 min manat xalis mənfəət əldə edib ki, bu da 2015-ci illə müqayisədə 55,3% azalma deməkdir.