Yuxarı

Ötən il Bakıda əhaliyə 5,7 mlrd. manatlıq ödənişli xidmət göstərilib

Bakı. 15 fevral. REPORT.AZ/ 2018-ci ildə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2% artaraq 5 717,3 mln. manat olub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 276,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 57,3%-ni təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 5,5% artaraq 4 699,2 mln. manat olub.

2018-ci il ərzində hər bir şəhər sakini orta hesabla ayda 193,3 manatlıq və ya əvvəlki illə müqayisədə nominal ifadədə 8,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi