Ötən il Bakıda əhaliyə 5,7 mlrd. manatlıq ödənişli xidmət göstərilib

Ötən il Bakıda əhaliyə 5,7 mlrd. manatlıq ödənişli xidmət göstərilib Bakı. 15 fevral. REPORT.AZ/ 2018-ci ildə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2% artaraq 5 717,3 mln. manat olub.
Maliyyə
15 Fevral , 2019 14:42
Ötən il Bakıda əhaliyə 5,7 mlrd. manatlıq ödənişli xidmət göstərilib

Bakı. 15 fevral. REPORT.AZ/ 2018-ci ildə Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci illə müqayisədə 3,2% artaraq 5 717,3 mln. manat olub.

“Report”un Bakı şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 3 276,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətin ümumi dəyərinin 57,3%-ni təşkil edib.

Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 5,5% artaraq 4 699,2 mln. manat olub.

2018-ci il ərzində hər bir şəhər sakini orta hesabla ayda 193,3 manatlıq və ya əvvəlki illə müqayisədə nominal ifadədə 8,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib. 

Son xəbərlər

Orphus sistemi