Yuxarı
    Bağlamaq

    ​Ötən il AMB faiz dərəcələrinin parametrlərində 2 dəfə dəyişiklik edib

    Ötən ilin 11 ayında manatla pul kütləsi tələbə uyğun olaraq 6.6% artıb

    Bakı. 3 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycan Mərkəzi Bankı iqtisadi artımın daxili və xarici amillərini, iqtisadi tsikldəki meylləri nəzərə alaraq pul siyasətini yumşaldıb. "Report" xəbər verir ki, bu barədə Mərkəzi Bankın 2015-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

    Bəyanatda həmçinin bankların xarici və daxili öhdəlikləri üzrə məcburi ehtiyat normalarının 3%-dən 2%-ə endirildiyi qeyd edilir.
    Ötən ilin 11 ayında manatla pul kütləsi tələbə uyğun olaraq 6.6% artıb. Qeyri-nağd pul kütləsinin artımı isə nağd pul kütləsinin artımını 22% bəndi üstələyərək 28,6%-ə çatıb.

    AMB həmçinin qeyri-neft sektorunda investisiya fəallığının artmasına və faiz dərəcələrinin enməsinə şərait yaratmaq üçün faiz dərəcələri dəhlizi parametrlərinə 2 dəfə dəyişiklik edib. Nəticədə uçot dərəcəsi mərhələlərlə 4.75%-dən 3.5%-ə endirilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi