Yuxarı
    Bağlamaq

    Oktyabrda icbari avtosığorta üzrə 2,2 mln. manat ödəniş həyata keçirilib

    Ödənişin 60 min manatı şəxsin ölümü ilə bağlı olub

    Bakı. 1 noyabr. REPORT.AZ/ Bu ilin oktyabr ayı ərzində İcbari sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 730 sığorta tələbi qeydiyyata alınıb. 

    Bu barədə "Report"a İSB-dən məlumat verilib.

    Bildirilib ki, bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Ödənişin 2 059 877 manatı nəqliyyat vasitəsinə dəyən zərər, 34 233 manatı əmlaka dəyən zərər, 38 250 manatı sağlamlığa dəyən zərər, 60 min manat şəxsin ölümü üzrə olub.

    Bu ilin oktyabrında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 246 manat təşkil edib. Ötən ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi