Yuxarı
    Bağlamaq

    "Nikoil Bank" vakansiya elan edib

    Bank plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsinə müdir axtarır

    Bakı. 11 mart. REPORT.AZ/ "Nikoil Bank" ASC plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edib.

    "Report" bu barədə banka istinadən xəbər verir.

    Onun səlahiyyətlərinə plastik kartlar və mobil maliyyə xidmətləri ilə bağlı müəyyən edilmiş strategiyaların hazırlanmasına və tətbiqinə, biznes proseslərinə, satışın təşkilinə, plastik kartlar üzrə biznes-strategiyaları üçün təkliflərin hazırlanmasına rəhbərlik etmək, bankın texnoloji inkişafı və xidmətləri ilə bağlı layihələrin hazırlanması və onlarda iştirak, Azərbaycan qanunvericiliyinə və normativ aktlarına riayət edilməsini təmin etmək, müxtəlif komitə və komandalarda iştirak etmək, layiqli korporativ mədəniyyətinin təşkilində, həmçinin işin hər aspektində ən yaxşı beynəlxalq təcrübəsini tətbiq edilməsində iştirak etmək daxildir. Müdir bankın kartlar və mobil maliyyə xidmətlərin uğurlu realizasiyasına görə cavabdeh olacaq.

    Qeyd edək ki, plastik kartlarla və mobil maliyyə xidmətləri ilə iş Şöbəsi Pərakəndə bank xidmətləri Şöbəsinin hissəsidir. Vəzifə bilavasitə Pərakəndə biznes Departamentinin Direktoruna tabedir.

    Namizədlərdən kommersiya bankında, prosesinq mərkəzində (back-ofis, biznesin inkişafı və ya front-ofis) plastik kartlarla işin idarə edilməsində minimum 3 illik təcrübə, plasik kartlarla işin prinsiplərini, beynəlxalq ödəniş sistemlərinin qaydalarını və tələblərini, normativ bazanı və əlaqəli sahələri, Microsoft Office (Word, Excel, Outlook, Visio, Project, Power Point), ABS sistemini və plastik kartların back-ofis sistemini bilməsi, tələb olunur.

    Bundan başqa, mobil maliyyə xidmətlərinin tətbiqində təcrübə, iqtisadiyyatda, bank işində, biznesin idarə edilməsində dərəcə, elmi dərəcə, idarəetmə təcrübəsi üstünlük sayılır.

    Namizədlər Azərbaycan və rus dillərini sərbəst, ingilis dilini əla səviyyədə bilməlidirlər.

    Maraqlanan şəxslər aprelin 1-dək CV formalarını cv@nikoil.az ünvanına göndərə bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi