Yuxarı

"Nikoil Bank" kapitalını 100 mln. manata çatdıracaq

Moskvada bankın Müşahidə Şurasının iclası keçirilib

Bakı. 22 avqust. REPORT.AZ/ "Nikoil Bank" ASC nizamnamə kapitalını təxminən 3 dəfə artıraraq 100 mln. manata çatdıracaq. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, Moskvada "Nikoil Bank"ın Müşahidə Şurasının iclası keçirilib. İclasda Bankın səhmdarlarına kapitalın 60 mln. manat artırılması tövsiyyə edilib. Bununla bağlı növbədənkənar ümumi yığıncağın avqust ayının sonuna qədər keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, iyulun 29-da və avqustun 15-də "Nikoil Bank"ın əsas səhmdarı olan "Topaz İnvestment" QSC Bankın depozit hesablarına ümumulikdə 20 mln. dollar (təxminən 32 mln. manat) vəsait yerləşdirib. Yaxın 1 ay ərzində "Nikoil Bank"a daha 20 mln. dollarlıq tranş gözlənilir. Bundan sonra Bank adi səhm emissiyası həyata keçirəcək və həmin vəsait (təxminən 64 mln. manat) nizamnamə kapitalına əlavə ediləcək. Hələlik isə "Nikoil Bank"ın kapitalı 34,5 mln. manatdır.

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Bankın təsisçiləri "Topaz İnvestments" QSC (56,4%), "Nikoil" QSC (42,6%) və "ISR Holding" MMC-dir (1%).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi