“Nikoil Bank”ın rəhbərliyində dəyişikliklər olub

“Nikoil Bank”ın rəhbərliyində dəyişikliklər olub Bankın Müşahidə Şurası üzvlərinin sayı 5-dən 3-ə endirilib
Maliyyə
7 İyun , 2017 11:47
“Nikoil Bank”ın rəhbərliyində dəyişikliklər olub

Bakı. 7 iyun. REPORT.AZ/ “Nikoil Bank” ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişikliklər olub. 

“Report” xəbər verir ki, MŞ-nın 3 üzvü vəzifəsindən kənarlaşdırılıb. 

Bunlar Aleksey Sazonov, Roman Novikov və Pavel Suxoruçkindir. Onların yerinə yalnız Nikoloz Enukidze seçilib. Son nəticədə MŞ üzvlərinin sayı 5-dən 3-ə endirilib. 

Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın əsas səhmdarı 91,84%-lik payla "Topaz İnvestments" QSC-dir.

İngilis versiyası 'Nikoil Bank' reshuffles

Son xəbərlər

Orphus sistemi